Həsrət Cəfərov yenə zirvədə

01.09.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan idmançılarının 2026-cı ilin sentyabr ayı üzrə yeni reytinq siyahısı təqdim olunub.

Futbolpress.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin açıqladığı cədvələ yunan-Roma güləşçisi Həsrət Cəfərov 480 xalla liderlik etməkdə davam edir.

Sərbəst güləşçilər Giorgi Meşvildişvili (460 xal) və Arseniy Djioyev (420 xal) müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Siyahının davamında Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Qaşim Maqomedov (taekvondo, 305 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıblar.

Avqust ayı ilə müqayisədə ilk beşlikdə dəyişiklik baş verməsə də, taekvondoçu Qaşim Maqomedov xallarını 270-dən 305-ə yüksəldərək cədvəldə irəliləyiş əldə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью