Həsrət Cəfərov yenidən dünya çempionatının finalında

20.09.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı sona yaxınlaşır.

Apasport.az xəbər verir ki, yarışın səkkizinci günündə yunan-Roma güləşi üzrə 60, 67 və 87 kq-da mübarizəyə start verilib.

Murad Məmmədov (63 kq) startda qırğızıstanlı Bayaman Kərimova 8:5 hesabıyla qalib gəlib. Güləşçimiz növbəti görüşdə son saniyələrdə işlətdiyi fəndlə türkiyəli Kərəm Kamalı üstələyərək (5:3) adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə iranlı Mohammad Keştkara uduzub – 0:8.

Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Hidalqoya və avstraliyalı Tsuçika Şimoyamadaya 9:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə ermənistanlı Slavik Qalstyandan güclü olan (4:3) Həsrət yarımfinalda qırğızıstanlı Razzak Beyşekeyevlə qarşılaşıb və 3:1 hesablı qələbəylə yenidən dünya çempionatına finalına vəsiqə qazanıb. Cəfərov sabah həlledici qarşılaşmada iranlı olimpiya, dünya və Asiya çempionu Səid Esmailiylə üz-üzə gələcək.

İslam Abbasov (87 kq) belaruslu Stanislav Şafarenkanı (UWW) tam üstünlüklə (8:0) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qırğızıstanlı Asan Janişova 3:4 hesabıyla məğlub olub.

Daha 3 təmsilçimiz mübarizəyə qoşulur Eldəniz Əzizli üçün DÇ-də bürünc medal şansı 4 güləşçimiz mübarizəyə qoşulur Nurməhəmmədovdan bürünc medal Təmsilçimiz dünya ikincisi olub
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью