“Həsrət yağışı” şeirlər kitabının təqdimatı keçirilib

23.12.2024

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Dünən təqaüdçü müəllimə Sevinc İsgəndər qızı Bayramovanın (Sevinc Afət) “Həsrət yağışı” adlı şeirlər kitabının təqdimatı keçirilib.

“AVE Print” mətbəsində nəşr edilən kitaba naşir Hacı İsmail Allahverdi ön söz yazıb.

Vətən sevgisindən, tələbəlik illərindən, bacı həsrətindən və Allaha münacatlardan ibarət şeirlər toplusu müəllifin ilk kitabıdır. Olduqca səmimi atmosferdə keçən təqdimat mərasimində müəllifin tələbə yoldaşları olan alimlər, ziyalılar, təqdim olunan kitabdakı şeirlər haqqında danışıb, öz ürək sözlərini və təbriklərini çatdırıblar.

Tədbirin sonunda müəllif hər bir iştirakçıya ürək sözləri yazılan kitabını hədiyyə edib.

Toplantı Bakının “Kashalata” təqdimat mərkəzind baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью