GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Hadera sahilində dəhşətli hadisə baş verib: dənizdə çimən bir nəfər akulanın hücumuna məruz qalıb və həyatını itirib.
Globalinfo.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb.
Mütəxəssislər bildirirlər ki, bu cür hücumların səbəbi mövsümi olaraq suyun temperaturunun artması və ya ekosistemdəki dəyişikliklər ola bilər. Bu da onu göstərir ki, İsrailin sahil sularında akulaların görünməsi artıq nadir hal deyil və gələcəkdə bu hallar arta bilər.
Bundan əvvəl yerli “Kursor” nəşri digər çimərliklərdə də insanlara yaxın məsafədə akulaların müşahidə edildiyini yazmışdı.
Aysel Əliyeva
Globalinfo.az