Həştərxan hava limanında təyyarələrin qalxması və enməsinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib

17.04.2025

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Həştərxan hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Rosaviasiya məlumat yayıb.

“Mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Həştərxan hava limanında Moskva vaxtı ilə saat 18:30-da təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir.

Əvvəllər Volqoqrad hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı tətbiq edilən müvəqqəti məhdudiyyətlər aradan qaldırılmışdı.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью