Həştərxan və Volqoqradda dron hücumları nəticəsində yanacaq zavodlarında yanğın baş verib …
Icma.az bildirir, Moderator.az portalına istinadən. Zavodların "Lukoyl" və "Qazprom" şirkətlərinə məxsus olduğu bildirilir...
Fevralın 3-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı Volqoqradda neft emalı zavodu yanıb.
Moderator.az xəbər verir ki, bu barədə regionun qubernatoru Andrey Boçarov məlumat verib. Məlumatı "svoboda.org" nəşri yayıb.
Məlumatda deyilir ki, PUA qalıqlarının düşməsi nəticəsində zavod ərazisində "lokal yanğınlar" baş verib, lakin alov operativ şəkildə söndürülüb.
"Baza" nəşrinin məlumatına əsasən, zavod "Lukoyl" şirkətinə məxsusdur.
Boçarov əlavə edib ki, dronların əksəriyyəti vurulub, xəsarət alan yoxdur, lakin elektrik enerjisinin verilişində fasilələr olub.
Ukrayna dronları həmçinin gecə saatlarında Həştərxan vilayətinə hücum edib, o cümlədən yanacaq-energetika kompleksinə zərbə endirilib.
Bu barədə regionun qubernatoru İqor Babuşkin məlumat verib. "PUA-lardan birinin düşməsi zamanı yanğın baş verib", - o, əlavə edib.
Tam oxu
Xəbəri oxu