Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Het-trik oyunun topunu özü ilə apardı - Şəkil
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Fransa millisinin hücumçusu Usman Dembele DÇ-2026-da Norveçə qarşı keçirilən oyundan sonra diqqətçəkən addımı ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, fransalı futbolçu Norveç üzərində qazanılan 4:1 hesablı qələbədə het-trik etdiyi matçın topunu özü ilə aparıb.
Beləliklə, Dembele karyerasındakı daha bir het-trikin topunu şəxsi kolleksiyasına əlavə edib.
Qeyd edək ki, Fransa millisi Norveçi 4:1 hesabı ilə məğlub edərək qrup mərhələsini lider kimi tamamlayıb. Dembele isə matçın 7, 20 və 32-ci dəqiqələrində qol vurub.