Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Tottenhem” “Brügge”nin hücumçusu Nikolo Tresoldini hədəfə alıb.
QOL.az xəbər verir ki, “Football Insider”nəşrinin məlumatına görə, London klubu yanvar transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün 22 yaşlı futbolçunun çıxışını izləyir.
Tresoldi Çempionlar Liqasının Liqa mərhələsində “İnter”lə səfər matçında het-trik edərək diqqət mərkəzinə düşüb. “Brügge” həmin görüşdə 4:3 hesabı ilə qalib gəlib. Almaniyanın U-21 millisinin heyətində Malta ilə oyunda da üç qol vuran hücumçunun noyabrda “Liverpul”la qarşılaşmada izləniləcəyi gözlənilir.
Qeyd edək ki, Tresoldiyə maraq göstərən klublar arasında “Aston Villa”, “Roma”, Dortmund “Borussiya”sı və “Leyptsiq”in də olduğu bildirilir.