Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
“65 yaşdan yuxarı həkimlərin məcburi deyil, könüllü şəkildə fəaliyyətini davam etdirməsi təqdirəlayiq olardı. Əgər həmin həkimlər işləmək istəyirsə, bunun üçün onlara şərait yaradılmalıdır. Çünki həmin həkimlərin zəngin təcrübəsi var”.
Bu sözləri “Yeni Sabah”a həkim-radioloq Aydın Əliyev deyib.
O, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun səsləndirdiyi təkliflərə münasibət bildirib. pizza hut
Komitə sədri bölgələrdə həkim çatışmazlığı probleminin həlli üçün 2 təklif səsləndirib.
Birincisi, Tibb Universitetini bitirən, lakin rezidentura təhsili almamış məzunların Təkmilləşdirmə İnstitutu vasitəsilə regionlara yönləndirilməsi.
A.Əliyev bunu düzgün yanaşma saymır: “Bu proses daha çox könüllü əsasda qurulmalıdır. Məzunlar istədikləri halda rezidentura təhsili alıb sonra regionlarda işləyə və ya birbaşa işə başlaya bilərlər. Dövlət hesabına təhsil alan gənc həkimlərin müəyyən öhdəliklər çərçivəsində regionlarda işləməsi tövsiyə oluna bilər, lakin bu, məcburi xarakter daşımamalıdır.
Digər tərəfdən, belə yanaşmaların tətbiqi zamanı sosial ədalət prinsipi də nəzərə alınmalıdır. Yalnız müəyyən təbəqənin nümayəndələrinin regionlara göndərilməsi düzgün olmazdı”.
Ə.Əmiraslanovun ikinci təklifi 65 yaşdan yuxarı həkimlərin pensiyaya göndərilməməsidir.
“Hazırda ölkədə kadr çatışmazlığı mövcuddur və ciddi islahatlar aparılmazsa, hətta 70 yaşdan yuxarı həkimlərin cəlb olunması belə problemi tam həll etməyəcək. Bəzi rayonlarda onlarla, hətta daha çox sayda kadr çatışmazlığı var. Buna sistemli yanaşma olmadan problemin həlli mümkün deyil.
Eyni zamanda, iş qabiliyyəti azalmış yaşlı həkimlərin şəhər mərkəzlərində vəzifə tutması gənc kadrların inkişafına mane ola bilər”, - A.Əliyev təklifə rəyini bildirib.
Cəlalə Cəlalqızı