Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Məlumdur ki, əsasən payız aylarında, daha dəqiq desək, avqust ayından sonra dünya bazarında neftə olan tələbat artır.
Yay aylarında isə tələb təbii olaraq, azalır. Ona görə də, indiyə qədər olan rəqəmlər riskli həddən aşağı düşməyib”.
Bu sözləri "Yeni Sabah"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, yanvar ayından bəri neftin orta qiyməti 65 dollardan yuxarı olub: “Neftin qiyməti dəyişkən tempdə olsa da, yanvar ayından bəri orta göstərici 65 dollardan yuxarı olub.
Yadınızdadırsa, ilin əvvəlində qiymət 80 dollara qədər idi. İndi isə 65-dən yuxarıdır.
Məlumdur ki, əsasən payız aylarında, daha dəqiq desək, avqust ayından sonra dünya bazarında neftə olan tələbat artır.
Yay aylarında isə tələb təbii olaraq, azalır. Ona görə də, indiyə qədər olan rəqəmlər riskli həddən aşağı düşməyib.