Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” iştirakçılarının bizneslərini genişləndirməsinə dəstək məqsədilə icra olunan “Həvəsləndirmə mükafatları” müsabiqəsinin ikinci mərhələsinə başlanılıb.
Dövlət Məşğulluq Agentliyindən Moderator.az-a verilən məlumata görə, ümumilikdə müsabiqəyə 513 proqram iştirakçısı müraciət edib. Əvvəlcədən müəyyənləşdirilmiş meyarlar əsasında seçim aparılaraq 259 şəxs ikinci mərhələdə iştirak şansı qazanıb.
Müsabiqənin ikinci mərhələsinə keçmiş benefisiarlar biznes planı doldurmalı, zərflər üzrə avadanlıqları seçməli və biznes planı imzalamalıdırlar.
Müraciətlər fevralın 26-dək qəbul olunur.
Biznes planın doldurulmasında və ya göndərilməsində çətinlik çəkən benefisiarlar agentliyin Regional Məşğulluq filialları, (və ya xidmət şöbələrinə) o cümlədən DOST mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, ikinci mərhələyə keçmiş benefisiarların siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz.
Biznes plan yazmaq və əlavə avadanlıq seçmək üçün isə bu linkə keçid edə bilərsiniz.