Həyat bir savaşdır

19.12.2025

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İnsan kimlə oturub-durduğuna görə deyil, kimin yanında özünü güvəndə hiss etdiyinə görə yolunu seçməlidir. Çünki bəzən ən böyük təhlükə səs-küylü düşməndən yox, sakit gülümsəyən “dost”dan gəlir. Bir baxış, bir söz, bir xırda jest səni həqiqətdən uzaqlaşdırıb təhlükəyə yaxınlaşdıra bilər. Hər kəsin həyatında bir “Mavi Mələklər” həqiqəti var. Yardım edirmiş kimi görünənlər, əslində zərbə vurmaq üçün ən münasib anı gözləyənlər olur. Onlar səni qorumur, səni öyrənirlər. Gücünü yox, zəifliyini axtarırlar.
Həyat bir savaşdır. Bu savaşda hər kəs silahını açıq daşımaz. Bəziləri niyyətini gizlədər, bəziləri maska taxar. Ona görə də hər kəsə inanmaq yox, hər kəsi tanımaq lazımdır. Saf olmaq gözəldir, amma sadəlövh olmaq təhlükəlidir. Həyatın ən böyük dərsi budur ki, hər zaman güclü olmaq şərt deyil, amma hər zaman ayıq olmaq vacibdir. Ayıq olan uduzmur, sadəcə daha gec güvənir. Çünki bu yolda ən böyük silahın ağlın, ən möhkəm qalxanın isə inamındır.
Əli İbrahimov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью