“HƏYAT SINAQLARI” “BİRLİKDƏ” PROQRAMINDA MÜZAKİRƏ OLUNDU

13.11.2026

Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“HƏYAT SINAQLARI” “BİRLİKDƏ” PROQRAMINDA MÜZAKİRƏ OLUNDU

Pozitiv enerjisi, dinamik təqdimat tərzi və səmimiyyəti ilə seçilən teleaparıcı Şəlalə Nəriman öz müəllifi olduğu “BİRLİKDƏ” proqramının növbəti buraxılışında həyatın ağır sınaqlarından, insan talelərindən və yaşanan acılardan bəhs edən təsirli mövzuya müraciət edib.
Proqramın qonaqlarından olan müğənni Tağı Salehoğlu anasının son nəfəsində yanında ola bilməməsini xatırlayarkən göz yaşlarını saxlaya bilməyib. Duyğulu anlar yaşayan sənətçi göz yaşları içərisində “Ana” mahnısını ifa edib.


Ölümün pəncəsindən dönən, beş dəfə ağır qaraciyər əməliyyatı keçirən və sonda qaraciyər transplantasiyası olunan xanəndə Xəqani Niftəliyev də yaşadığı çətin günlərdən danışarkən kövrəlib. Keçirdiyi əməliyyatları xatırladığı zaman onun səhhəti qəfil pisləşib.

Proqramın digər qonağı, tanınmış həkim Mirzə bəy çıxışı zamanı sağlamlığın qorunmasının vacibliyinə toxunaraq hər kəsi vaxtlı-vaxtında tibbi müayinələrdən keçməyə çağırıb. O vurğulayıb ki, sağlamlıqla bağlı problemlərin vaxtında aşkarlanmaması və müalicənin gecikdirilməsi insan həyatı üçün ciddi fəsadlara yol aça bilər.
Stilist Aygün xanım da öz həyatında üzləşdiyi sınaqlardan danışaraq duyğulu anlar yaşayıb.
Bütün bu təsirli məqamları “BİRLİKDƏ” proqramının bu bazar günü, saat 19:30-da Dünya TV-də yayımlanacaq buraxılışında izləyə bilərsiniz.


Qeyd edək ki, proqramın informasiya dəstəkçiləri Oxumeni.az saytı və Fotofakt.tv-dir.
Həmişə gülərüz və pozitiv gördüyümüz Şəlalə Nərimanı bu dəfə bir qədər kövrək görəcəyik. Çünki o, dünyalar qədər sevdiyi müğənni bacısı Yaqut Nərimanı vaxtsız itirib. Başqalarının dərdinə şərik olan, hər kəsə mənəvi dəstək verməyə çalışan Şəlalənin də qəlbində sağalmayan bir yara var.
Güclü ol, bizim Şəlaləmiz! Həyatın bütün sınaqlarına baxmayaraq, daha da güclü ol. Axı Binyamin sənə əmanətdir!
Murad Şahməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью