Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) daha bir kadr ayrılığı baş verib. AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsindən ayrılan Rüfət Seyidovun həyat yoldaşı Vəfa Seyidova da telekanaldakı fəaliyyətini başa vurub.
"Bakupost" xəbər verir ki, bu barədə Vəfa Seyidova öz sosial şəbəkə hesabında paylaşım edib.
O, vidalaşma mesajında bu sözləri qeyd edib:
"Möhtəşəm məktəb idin AZTV. Karyeramın "ən"lərini burada yaşadım. İşlədiyim müddət ərzində başda sədrimiz olmaqla rəhbərliyin göstərdiyi etimad və mənim bu etimad qarşılığında göstərdiyim səy bu 3 ildə əla nəticələr ortaya qoydu. Hər şeyə görə çox sağ ol doğma kanal. Mənim işığım isə başqa yolları aydınlatmağa davam edəcək".