Icma.az bildirir, Milli.az portalına istinadən.
Lənkəranda ölüm hadisəsi baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 10-da, saat 16:00 radələrində rayonun Veravul kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1970-ci il təvəllüdlü Rasim Qasımov yaşadığı evdə həyatını itirib. İlkin məlumata görə, onun həyat yoldaşı Şəfəq Qasımova iynə vurduqdan sonra kişi qəfil şok keçirərək ölüb.
Hadisənin səbəbləri araşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)