Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı O niyə suiqəsd etmişdi? | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır. Bu gün görkəmli yapon yazıçı Yukio Mişimanın anım günüdür.
Kulis.az yazıçının həyat və yaradıcılığı haqqında Mirmehdi Ağaoğlunun "Biseksual samuray, monarxist, fetişist" yazısını təqdim edir.
İl – 1970. 25 noyabr. Səhər saat 11 radələrində Yukio Mişima evdən çıxıb “Sipər cəmiyyəti” dörd nəfər üzvünün gözlədiyi maşına mindi.
Əynində dizaynını özü verdiyi “Sipər cəmiyyəti” mundiri, bir də orta əsrlərə məxsus qılıncı var idi.
Bəyaz əlcəklərin intiharıMaşın Özünü Müdafiə Qüvvələrinin İtiyaqadakı qərargahı qarşısında dayandı.
Qərargahda Yaponiyanın şöhrətli yazarını və onu müşaiyət edən yoldaşlarını hörmətlə qarşılayıb birbaşa generalın otağına apardılar.
General dərhal onun pişvazına çıxdı. Mişimanın yoldaşları başının bir işarəsi ilə generalın əl qolunu bağladılar.
Generalın girov götürüldüyü qərargaha elan olundu və tələblər bildirildi.Mişimanın tələbi ilə Özünü Müdafiə Qüvvələrinin əsgərləri və “Sipər cəmiyyəti” təşkilatının üzvləri meydanda düzüldülər.
Tam oxu
Xəbəri oxu