Həyat yoldaşından boşanan Manuel Noyerin yeni sevgilisi bilindi

26.11.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bavariya"ın qapıçısı Manuel Noyer həyat yoldaşı Anika Bissellə boşanıb. Sport24.az xəbər verir ki. bu barədə "Bild" qəzeti məlumat yayıb.

Anika Bissell keçmiş həndbolçudur və avqustun sonunda cütlüyün ikinci oğlu dünyaya gəlib. 

40 yaşlı futbolçu ikinci övladının dünyaya gəlməsindən cəmi bir neçə gün sonra həyat yoldaşına münasibətlərinə son qoymaq niyyətində olduğunu bildirib. Üç ildən bir az az davam edən evlilikləri oktyabrın əvvəlində, tamamilə sona çatıb. Noyer birgə yaşadıqları evdən köçərək yaxınlıqdakı başqa bir mənzilə yerləşib, Bissel isə uşaqlarla birlikdə qalıb.

Mənbənin sözləörinə görə, qapıçının yeni sevgilisi onun fizioterapevti kimi çalışan 23 yaşlı bir qadındır. İddialara əsasən, onların münasibəti bir neçə ay əvvəl başlayıb və cütlük sentyabrın sonunda Siciliyada istirahət edib. 

Noyabrda qapıçı zədələnib. Bundan sonra "Bavariya" ona bir həftəlik istirahət verib və o, bu müddəti Braziliyada yeni sevgilisi ilə keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью