Həyat yoldaşını bıçaqladı POLİS TUTDU

06.11.2024

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Gəncədə həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini 1992-ci il təvəllüdlü A. Rəhimovaya kəsici-deşici alətlə bədən xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin həyat yoldaşı, 1990-cı il təvəllüdlü Tural Rəhimov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью