Həyat yoldaşını bu sözlərlə təbrik etdi

26.09.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aktyor Taleh Yüzbəyov həyat yoldaşı, bloger Xatirə Yüzbəyovanı doğum günü münasibətilə təbrik edib.

Axşam.az xəbər verir ki, Taleh sosial media hesabında ailə fotosunu paylaşaraq həyat yoldaşına duyğusal sözlər ünvanlayıb.

“Bu həyatda hamıya onunla yol yoldaşı olacaq adam lazımdır. Onunla bütün sevinclərdən və kədərlərdən bir yerdə keçirsən, onunla həyatını bölürsən. O, hər şeydə sənə yoldaşlıq edir. Onunla həyat yoldaşı olursan...

Ad günün mübarək, həyat yoldaşım. Həmişə həyatımda ol, həmişə mənə yoldaş ol. Bir yerdə yaşadığımız hər çətinlik bizi daha möhkəm edir. Ürəyindəki arzuna bələdəm. Arzun çin olsun. Uzun və sağlam yaşa!” deyə, T.Yüzbəyov  yazıb.

Qeyd edək ki, cütlüyün iki övladı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью