Həyat yoldaşını kəmərlə boğub öldürən kişi intihara cəhd etdi | Icma.az
Icma.az, Sonxeber.az portalına istinadən məlumat verir. Həyat yoldaşını kəmərlə boğub öldürən kişi intihara cəhd etdi Bursada həyat yoldaşı
damın üstünə çıxaraq intihara cəhd edib. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə səhər saat 07.30 radələrində Orhaniye m
İddiaya görə, 40 yaşlı Hakan B. boşanma mərhələsində olduğu 35 yaşlı həyat yoldaşı Özlem B. ilə evdə mübahisə edib.
Mübahisə zamanı qəzəblənən kişi arvadını kəmərlə boğaraq öldürüb.
O həyat yoldaşını öldürdükdən sonra intihar etmək üçün 3 mərtəbəli yaşayış binasının damına çıxıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici briqadaları sövq edilib.
İnegöl Təhlükəsizlik Müdiri Okan Şen və polis əməkdaşlarının uzunmüddətli səyləri nəticəsində şübhəli damdan endirilib.
Polis tərəfindən nəzarətə alınan şəxs ağlamağa başlayıb. O ifadə vermək üçün polis bölməsinə aparılıb. Faktla bağlı istintaq başladılıb.
Tam oxu
Xəbəri oxu