Həyat yoldaşını öldürməkdə təqsirli bilinən sabiq nazir həbsxanadan yoxa çıxıb

10.11.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniyada çəkməli olan Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbsxanadan yoxa çıxıb.
Demokrat.az xəbər verir ki, bu, AIRAN telekanalının jurnalistlərinin araşdırması sayəsində məlum olub.
“Sabiq nazir Arşalı kəndindəki cəzaçəkmə müəssisəsində olub, lakin onu orada tapmaq mümkün olmayıb”, - AIRAN telekanalı xəbər verir.
Bişimbayevin saxlanmalı olduğu müəssisədə olmaması barədə məlumatı vəkili də təsdiqləyib.
Qazaxıstanın hüquq-mühafizə orqanları Bişimbayevin yoxa çıxmasından sonra harada olması ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xatırladaq ki, Qazaxıstanın sabiq naziri Bişimbayev həyat yoldaşı Saltanat Nukenovanın qətlinə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью