Həyatda, evdə, cəmiyyətdə və jurnalistikada ağsaqqal: Qulu Məhərrəmli 70 il… | Icma.az
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Çox yəqin, ömrün 70 çağında hər şey başqa olur.
Təbiət etibarı ilə götürsək, bu yaş ağsaqqallıq, ahıllıq yaşıdır.
Həyatda ağsaqqal, evdə ağsaqqal, cəmiyyətdə ağsaqqal, bir də bunlarla yanaşı jurnalistikada ağsaqqal olmaq var.
Əslində, ən çətini də məhz budur. Məsələn, qatlayın bir əlinizin barmaqlarını və sayın. Görün, cəmi bir əlin barmağını keçirmi?
Söhbət, əlbəttə, yaşın rəqəmlərinin çoxluğundan getmir. Söhbət mahiyyət olaraq ağsaqqal olmaqdan gedir.
Bəli, o ağsaqqal, o qocaman jurnalist Qulu Məhərrəmlidir. Bu gün görəsən, Qulu Məhərrəmli geriyə baxanda nə görür?
Fikrimcə, əgər geriyə baxanda qət etdiyin yol gözünə durursa, demək, heç yaşamamısan da.
Əlbəttə, Qulu Məhərrəmli ömründən geriyə baxılsa, uzun bir yol görünür. Elə “orada bir yol var uzaqda, o yol bizim yolumuzdur” misalı.
Tam oxu
Xəbəri oxu