“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” | Icma.az
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəmə araşdırması davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş şəxslər ifadə verib.
Aynur bu dəfə də məhkəməyə gəlməkdən yayınmaq istədiyi üçün prosesə sədrlik edən hakim Azad Məcidov ifadələrə keçməmişdən əvvəl xanım müttəhimə xəbərdarlıq edib: “Ötəndəfəki kimi, bu gün də özünü xəstəliyə vurub ki, məhkəmə keçirilməsin.
Bu, qeyri-adi bir işdir, insanlar əzab çəkib. İmkan verin, işi aparaq”.
A.Bayramovanın vəkili cavab olaraq deyib ki, müvəkkili özünü yalandan xəstəliyə vurmayıb, bu məhkəmənin tez bitməsində o da maraqlıdır.
Zərərçəkmiş Mənsurə Hacıyevanın 9 yaşlı qardaşı oğlu talassemiyadan əziyyət çəkir.
Bibi azyaşlının əməliyyat edilməsi üçün birinci Aynurla danışıb: “Mənə söz verdi ki, qardaşın oğlu Antalyada əməliyyat ediləcək.
Tam oxu
Xəbəri oxu