Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün ingilis şair Alfred Tennisonun doğum günüdür.
Kulis.az onun şeirlərindən sitatları təqdim edir.
Səni hər düşündüyüm an üçün əlimdə bir çiçək olsaydı...
Sonsuzadək öz bağçamda gəzə bilərdim.
***
Sevib itirmək, heç sevməmiş olmaqdan daha yaxşıdır.
***
Ümid gələn ilin astanasından gülümsəyir və pıçıldayır:
Hər şey daha gözəl olacaq...
***
Mən rastlaşdığım hər şeyin bir parçasıyam.
***
Çox şey itirilsə də, çox şey hələ də qalır;
indi yerlə göyü oynadan o əvvəlki gücümüzdə olmasaq da, nəyiksə, elə oyuq:
vaxtın və taleyin zəiflətdiyi, lakin mübarizə aparmaq, axtarmaq, tapmaq və təslim olmamaq iradəsi ilə coşan eyni qəhrəman qəlblərik.
***
Göz yaşları, əbəs göz yaşları, bilmirəm nə deməkdir...
Müqəddəs bir ümidsizliyin dərinliklərindən qopan bu yaşlar xoşbəxt payız zəmilərinə baxarkən və artıq geridə qalmış günləri xatırlayarkən ürəkdən qalxıb gözlərə dolur.
***
Həyatı son damlasınadək içəcəyəm...
***
Bilik tez gəlir, müdriklik isə zamanla ləngiyir.
***
Yarı-gerçək olan yalan, yalanların ən qaranlığıdır.
***
Bəzən ürək gözün görmədiyini görür.
***
Yuxular görüldüyü müddətcə həqiqətdir, məgər biz də yuxuların içində yaşamırıq?
***
Nəyinsə itirildiyinə dair o sakit hiss...
"Çəhrayı Pantera" filmində solo ifa edən saksafonçu vəfat etdi "Yələn" nə deməkdir? - İmarət Cəlilqızı Atəşi-qəmdən nə qorxaq kim, səməndərxislətik... - Əliağa Vahid