“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“

08.08.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Aygün Kazımovanın ötən gün keçirilən konsertində maraqlı anlar yaşanıb.

Axşam.az xəbər verir ki, açıq havada keçirilən gecədə “Pop kraliça” tamaşaçılarla maraqlı söhbətlər edib.

Kazımova ona yaxınlaşan bir pərəstişkarının “Uşaq vaxtı sizə gəlirdim. Evə gələndə anam əsəbiləşirdi ki, Aygün anandır? Deyirdim, hə” sözlərinə belə reaksiya verib:

“Hələ bir dostum var, qızı deyir ki, istəyirəm anam Aygün Kazımova olsun”.

Müğənni saçına böcək qonduğunu görüb zarafat edib:

“Böcəklər də mənim fanatımdır. Nə qədər ilanlarla görüşmüşəm. Onlar bunların yanında nədir? İlanlar, əqrəblər nə qədər olub. Hamısı gəzib gedib, sanca bilməyib”.

Kazımova səhnəyə balaca uşaqları ilə çıxan qadınla maraqlı söhbəti ilə də diqqət çəkib. İfaçı uşaqlara müraciətlə deyib:

“Böyüyəndə bu şəkli göstərib deyərsiniz ki, Aygün xanım, sizinlə şəklimiz. Mən belə də qalacağam. Onların balalarının da toyunda oxuyacağam”.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью