Həyatımın mühüm bir səhifəsi bağlanır

07.07.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Həyatımın mühüm bir səhifəsi bağlanır"

"İnter"in və Sloveniya millisinin sabiq qapıçısı Samir Handanoviç Milan klubundan ayrılıb.

QOL.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Karyeramın hekayəsini rəqəmlərlə ifadə etməyi heç vaxt xoşlamamışam. Lakin 14 illik bir yolun sonuna çatdıqda, geriyə boylanmamaq və bu yolun mənə nələr qazandırdığını düşünməmək qeyri-mümkündür. "İnter" mənim üçün bir komandadan qat-qat artıq idi. Bura mənim evim, bu insanlar isə taleyimdə silinməz izlər qoyan şəxslər oldu. Həyatımın mühüm bir səhifəsi bağlanır, lakin mən bütün xatirələri, dərsləri və minnətdarlıq hissini hər zaman qoruyub saxlayacağam".

Xatırladaq ki, təcrübəli mütəxəssis futbolçu karyerasını bitirdikdən sonra klubun gənclərdən ibarət komandasında məşqçi kimi fəaliyyət göstərirdi. O, "İnter"in heyətində fasiləsiz olaraq 11 il çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью