Həyatımın qadını Ronaldodan Corcinaya

27.01.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo nişanlısı Corcina Rodrigezlə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, futbolçu Corcina ilə şəkilini yayımlayaraq ona ad günü münasibəti ilə bunları yazıb:

"Həyatımın qadını, ad günün mübarək!".

Ronaldo paylaşımına ürək emojisi qoyub.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.

Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər. Bir müddət əvvəl Ronaldo ona evlilik təklifi edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью