Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkəmizdə də uzun müddətdir ki, bir sıra sığorta növləri tətbiq edilir.
Bu sığorta növləri arasında ən geniş yayılan avtomobil, daşınmaz əmlak, həyat sığotasıdır.
Ancaq bir sıra xarici ölkələrdə sığorta növlərindən daha geniş şəkildə yararlanırlar.
Belə ki, insanlar geniş yayılmış sığorta növlərindən əlavə artıq səsini, müxtəlif bədən üzvləri üçün belə, sığortadan istifadə edirlər.
Maraqlıdır, ölkəmizdə insan həyatı ilə bağlı sığorta zamanı təxminən nə qədər vəsait tələb olunur və insan istəsə, məsələn, səsini, bədənin ayrı-ayrı üzvlərini sığorta etdirə bilərmi, belə hal müşahidə edilibmi?
Azərbaycan Sığortaçılar Assosiasiyasından məsələ ilə bağlı “Cebheinfo.az”-a bildirilib ki, bu gün ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri həm həyat, həm də qeyri-həyat riskləri üzrə sığorta xidmətləri təklif edirlər: “Həyat sığortası istiqamətinə nəzər salsaq deyə bilərik ki, burada sığortalanmaq üçün tələb olunan vəsait, yəni sığorta haqqı (tarifi) sığorta məhsuluna görə və müvafiq sığorta məhsulunun şərtlərinə görə dəyişə bilir.
Hazırda yerli həyat sığortası bazarında 1-i icbari, 4-ü könüllü olmaqla 5 həyat sığortası növü var.