Həyatın yaşam sığortasına yatırımlar 17% dən çox artıb

04.05.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə 197 milyon 539 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,3% və ya 29 milyon 84 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 42 milyon 916 min manat və ya 40% artaraq 150 milyon 288 min manata çatıb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 168,5 milyon manata, ödənişlər isə 107,4 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью