Həyatın yaşam sığortasına yatırımlar 331 mln. manata çatıb

26.05.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2026-cı ilin yanvar-aprel aylarında həyatın yaşam sığortası üzrə 330 milyon 752 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 15,2% və ya 43 milyon 709 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 59 milyon 48 min manat və ya 40,7% artaraq 204 milyon 175 min manata çatıb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 287 milyon manata, ödənişlər isə 145,1 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью