Həyatın yaşam sığortasına yatırımlar 500 milyon manatı ötüb

28.10.2025

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə 545 milyon 396 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,3% və ya 84 milyon 397 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 118 milyon 642 min manat və ya 33,2% artaraq 476 milyon 306 min manata çatıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında yaşam sığortası üzrə yığımlar 461 milyon manata, ödənişlər isə 357,7 milyon manata bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью