Həyatın yaşam sığortasında kəskin artım

06.10.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan sığorta bazarında həyatın yaşam sığortası növü üzrə həm yığımlarda, həm də ödənişlərdə artım qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-avqust aylarının yekunlarına əsasən, bu sığorta növü üzrə 559 milyon 512 min manat sığorta haqqı toplanıb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 498 milyon 528 min manat təşkil etmişdi. Beləliklə, həyatın yaşam sığortası üzrə yığımlarda 60 milyon 984 min manat (və ya 12.2%) artım baş verib.

Dövr ərzində həyata keçirilən sığorta ödənişlərində də kəskin artım müşahidə olunub. 2026-cı ilin ilk 8 ayında sığortalananlara 561 milyon 647 min manat ödəniş edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə (419 milyon 914 min manat) müqayisədə 141 milyon 733 min manat (və ya 33.8%) çoxdur. pizza mizza

Cəlalə Cəlalqızı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью