Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
COP29 çərçivəsində “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin yüksəksəviyyəli açılış mərasimi keçirilib.
Toplantıda qlobal iqlim fəaliyyəti çərçivəsində daha güclü su ölçüsü yaratmaqla İqlim fəaliyyəti naminə su üzrə Bakı Dialoquna rəsmi start verilib.
Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev susuzluq probleminin Bakı iqlim konfransının müzakirələrində prioritet məsələlərdən biri olduğuna diqqət çəkib.
Suyun iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynadığını vurğulayan nazir buna rəğmən məsələnin uzun illər qlobal iqlim müzakirələrindən kənarda qaldığını diqqətə çatdırıb.
Qeyd olunub ki, iqlim dəyişiklikləri ilə bağlı məsələlərin həllində susuzluq probleminə bütün aspektlərdən nəzər yetirilməlidir: “Su həyatdır.
Məhz bu səbəbdən COP29 Sədrliyi su məsələsini prioritetə çevirib. Dialoqları sürətləndirmək tərəfdaşlığın artırılmasına təkan verəcək.
Biz iqlim fəaliyyəti çərçivəsində su tərəfdaşları tapmalıyıq. Fəaliyyətlərə təkan üçün Bakı Dialoqu mühümdür”.