Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Müğənni Rahidə Baxışova efirdə göz yaşlarına qərq olub.
Milli.Az xəbər verir ki, kövrək anlar sənətçinin qonaq olduğu "İncə səhər" verilişində yaşanıb.
Proqramda Baxışovadan həyatını ağ vərəğə çəkməsi istənilib. Daha sonra Rahidə çəkdiklərinin şərh edərək ağlayıb.
"İçimdə böyüməmiş bir uşaq var. Ağ vərəqdə bu şəkilləri çəkərək o illərə qayıtdım. Yaşadıqlarımın hamısını burada əks etdirə bilmirəm.
Çünki yaşadığım həyat hekayəsi bu vərəqə sığmaz. Amma bacardığım qədər çəkdim (ağlayır).
Çəkdiyim ağacın bir tərəfi yarpaqları tökülmüş, digəri isə çiçəklənmişdim. Bu da mənim atamla əlaqədardır.
Onun əvvəlcə olması sonra isə olmamasıdır (atası itkin düşüb). Biraz çətin yollar. Uşaqlıqda ağır yollardan keçmişəm.
Qara buludlar, yaşıllıq, günəş... Günəş mənim populyarlıq dövrümdür. Bunlar arzu, istəklərimdir.