Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Həyatınızda ən böyük sərvətiniz, düşüncə tərzinizin dəyişə bilməsi qabiliyyətidir” – Albert Enşteyn Pozitiv düşüncə, həyatınızı köklü şəkildə dəyişdirmək üçün güclü bir vasitədir.
Həyatın qarşımıza çıxardığı çətinliklərə necə yanaşdığımıza dair seçimlərimiz, bizim ümumi rifahımıza və həyat keyfiyyətimizə böyük təsir göstərir.
Pozitiv düşüncə yalnız yaxşı hiss etməyimizə kömək etmir, həm də həyatda uğur qazanmaq, sağlam qalmaq və daha güclü münasibətlər qurmaq üçün vacibdir.
Unutmayın ki, hər bir insanın həyatında dönüş nöqtələri var və pozitiv düşüncə bu dönüş nöqtələrini mümkün qədər yaxşı istiqamətə yönəltməyə kömək edir.
Pozitiv yanaşma həyatınızın hər anını daha dəyərli və mənalı edəcək.
Bu fikirləri şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil söyləyib.
Təlimçi qeyd edib ki, pozitiv düşüncə, həyatın təbii bir hissəsi olaraq ətrafımızdakı hadisələrə və vəziyyətlərə necə reaksiya verəcəyimizi müəyyən edən bir yanaşmadır.