Həyatınızın 20 ilini gizlicə oğurlayan iki hiss hər kəs ən azı bir dəfə yaşayıb

30.01.2026

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Yeni araşdırmaya əsasən, insan həyatından illər “oğurlayan” iki əsas emosional vəziyyət var. Söhbət xroniki depressiya və davamlı narahatlıq hissindən gedir.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, bu emosiyalar gündəlik həyatda uzun müddət davam etdikdə, ürək-damar xəstəliklərindən erkən ölüm riski kəskin şəkildə artır və ümumi ömür uzunluğu ciddi şəkildə azalır.

Vəziyyəti daha da ağırlaşdıran nədir?

Araşdırmada bildirilib ki, depressiya və davamlı təşviş orqanizmdə bioloji baxımdan zərərli prosesləri işə salır: iltihab səviyyəsi yüksəlir, stress hormonu aktivləşir, ürək və damarlar əlavə yük altında qalır, nəticədə bu sistem xəstəliklərə daha həssas olur

Risk nə qədər artır?

Tədqiqatçılar müəyyən ediblər ki, davamlı kədər və narahatlıq hissi infarkt və insult riskini 41 faiz artırır, ümumi ölüm göstəricisini isə təxminən 2 dəfə yüksəldir

Alimlərin fikrincə, mənfi emosional durum insan fiziologiyasına o qədər dərindən təsir edir ki, hətta sağlam həyat tərzi və düzgün qidalanma belə uzunmüddətli depressiya və daimi qorxu hissinin yaratdığı zərəri tam kompensasiya edə bilmir.

Bu emosiyalardan necə qorunmaq olar?

Mütəxəssislər sağlamlığı qorumaq və ağır fəsadların qarşısını almaq üçün bir sıra tövsiyələr verirlər:

Müntəzəm müayinələrdən keçin – endokrin sistemin və bağırsaq mikrobiomunun vəziyyətini nəzarətdə saxlayın.

Duyğularınızı paylaşın – gündəlik yazın və ya qorxularınızı mütəxəssislə müzakirə edin.

Hər gün hərəkətdə olun – qaçış, üzgüçülük, yoqa kortizol səviyyəsini azaldır və əhvalı yaxşılaşdırır.

Müsbət mühit yaradın – ev və iş mühiti pozitiv hissləri artırmalı, əsəbləşdirən faktorları minimuma endirməlidir.

Rahatlama tətbiq edin – nəfəs məşqləri, meditasiya və diqqət toplama texnikaları stresi azaldır.

Düzgün qidalanın – omeqa-3, maqnezium və B qrup vitaminləri ilə zəngin rasion həm psixoloji, həm də fiziki sağlamlığı dəstəkləyir.

Mütəxəssislər bildirirlər ki, bu qaydalara əməl etməklə stressin təsirini azaltmaq, sağlamlığı möhkəmləndirmək və daha uzun, enerjili həyat sürmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью