Heydər Əliyev Bakıda yaşanan o müsibəti mütləq önləyərdi | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oljas Süleymenov 20 Yanvar hadisələri barədə Bu yaxınlarda Almatıda UNESCO-nun nəzdində fəaliyyət göstərən Mədəniyyətlərin yaxınlaşması üzrə mərkəz tərəfindən keçirilən Beynəlxalq Forum Oljas Süleymenovun dərk olunmuş qarşılıqlı asılılıqlar fəlsəfəsinin təbliğinə həsr olunmuşdu.
Tədbirin keçirildiyi Caspian Universitetinin iclas zalında hələ 1990-cu ildə Oljas Ömər oğlu “Sülhün tərəfdarları – nüvə silahına qarşı” adlı beynəlxalq konqres təşkil etməklə, planetin bütün nüvə əleyhdarlarını və sülhsevər qüvvələrini bir yerə toplamışdı.
Sözügedən Forumun iştirakçıları isə onu sülh üzrə Nobel mükafatına ilk dəfə namizəd göstərmişdilər.
Həmin forumun ideyalarının inkişafı və təbliği işində Azərbaycanı təmsil edən mədəniyyət xadimləri yüksək fəallıq sərgiləmişdilər.
Azərbaycanın xalq yazıçısı, səfir və tanınmış tarixçi-memuarist Elmira Axundova tədbirin mövzusuyla bağlı bir neçə analitik məqalə dərc etdirmişdi.
Türk Ədəbiyyat Vəqfinin “Türk dünyasının yaşayan Dədə Qorqudu” adlanan beynəlxalq ödülü Almatıda Oljas Ömər oğluna təqdim ediləndə Elmira Axundova qazax şairinə verdiyi dəyəri son dərəcə dəqiq və səmimi şəkildə belə ifadə eləmişdi: “Oljas Süleymenova biz nə hədiyyə eləsək, yenə də az olacaq.
Çünki o, bizə daha çox şey bəxş edibdir”. 1990-cı il yanvarın 20-də Bakıda “Qara Yanvar” faciəsi törədilmişdi.
Tam oxu
Xəbəri oxu