Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 13 dekabr, AZƏRTAC Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin in
AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva bu təhsil ocağının rəhbərliyi və şagirdləri ilə görüşüb, məktəbdəki şəraitlə yaxından tanış olub.
Heydər Əliyev Fondunun Ruandada həyata keçirdiyi layihə çərçivəsində 1000-dək şagirdin təhsil aldığı məktəb tədris şəraitinin yaxşılaşdırılması və uşaqların yüksək texnologiyalarla bağlı biliklərə yiyələnmələri məqsədilə kompüterlərlə təchiz olunub.
Bununla yanaşı, Fond tədris ocağının internetə çıxışını da təmin edib.
Qeyd edək ki, Heydər Əliyev Fondu bu günədək Afrika qitəsi ölkələrində səhiyyə, sosial, təhsil sahələrində bir sıra layihələr həyata keçirib.
Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Afrika İrsi Məktəbinin inkişafı üçün maliyyə yardımı, Cibuti Respublikasına səhiyyə sisteminin inkişafı məqsədilə tibbi avadanlıqların verilməsi layihələrini qeyd etmək olar.
Gələcəkdə Afrikanın digər ölkələrində də Heydər Əliyev Fondu tərəfindən təhsil və mədəniyyət sahələrində layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.