Heydər Əliyev həmin sənədləri gecə geri qaytardı Nazir müavini

02.02.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heydər Əliyev birinci gənclər forumunun sənədlərini gecə yarısı nazirliyə geri qaytarıb. 

"Unikal"ın məlumatına görə, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov açıqlayıb. 

Firudin Qurbanovun sözlərinə görə, o, 1996-cı ildə ilk gənclər forumunun iştırakçısı olub: "Mən o vaxt İdman Nazirliyində işləyirdim. Nazir Əbülfəs Qarayev idi. İlk dəfə gənclər forumu keçiriləcəkdi. Fevralın birində biz foruma hazırlaşırdıq. Ümummilli Lider Heydər Əliyev forumun sənədləri ilə tanış olduqdan sonra, sənədlərdə düzəlişlər tələb etdi. Xatırlayıram, gecə 1-in yarısında mən sənədləri Prezident Administrasiyasına apardım. Sənədləri yuxarı qaldırdılar, təxminən 40 dəqiqə sonra mənə dedilər ki, sənədlər qəbul olunub, gedə bilərsiniz. Saat artıq ikiyə işləyirdi. Mən bilmirəm Heydər Əliyev saat neçədə getdi, amma səhər tezdən forumda idi". 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью