“Heydər Əliyev ideyaları və müasir Azərbaycan”

14.10.2026

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin şagirdləri üçün “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda mühazirə keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, dövlətçilik və müstəqillik ideyaları, milli dəyərlərə bağlılığı, iqtisadi strategiyası, ordu quruculuğu və təhsilin inkişafına yönəlmiş siyasəti barədə məlumat verilib. Həmçinin Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın əldə etdiyi nailiyyətlər və gənclərin ölkənin gələcəyindəki rolu diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью