Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 3 dekabr, AZƏRTAC Dekabrın 3-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin qala-premyerası olub.Azərbaycan Televiziyası, “Şahdağfilm”, Türkiyənin “İkinciYeni Film”, “Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının birgə səyi ilə ərsəyə gələn filmdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, eyni zamanda, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) rəsmi tərəfdaş qismində yer alır.AZƏRTAC xəbər verir ki, premyerada rəsmi qonaqlar, filmin yaradıcı heyəti, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.Filmin təqdimatından əvvəl "Ernet Grup" prodakşnın rəhbəri Eray Ucuzal AZƏRTAC-a açıqlamasında "Azərbaycan Atabəyləri" bədii-sənədli filminin gələcəkdə serial olaraq davam etdiriləcəyini, bu istiqamətdə hazırlıq işlərinin görüldüyünü bildirib.
"Bu film Azərbaycan tarixini anladan gözəl bir layihə oldu. Azərbaycanla bağlı daha böyük layihələrdə yer almağı düşünürük", - deyə o qeyd e
O, filmin qısa müddət ərzində uğurla ərsəyə gəldiyini qeyd edib.Filmdə Zübeydə Xatun rolunu ifa edən tanınmış teleaparıcı Jalə Həsənli filmi
O, özünün iştirak etdiyi səhnələrin rahat mühitdə çəkildiyini, lakin döyüş səhnələrinin daha ağır və çətin olduğunu söyləyib.
J.Həsənli bu filmin ona peşəkar şəxslərlə işləmək imkanı verdiyini, bu rolu ifa etməkdən qürur duyduğunu diqqətə çatdırıb.Sonra “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi nümayiş olunub.
Film Orta əsrlərdə yaşamış Türk dünyasının iki böyük tarixi şəxsiyyəti, cəsur sərkərdələr - Qara Sunqur və Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin hekayəsindən bəhs edir.
Filmin quruluşçu rejissoru Məcit Güvən, ssenari müəllifləri Sərvər Bayramov, İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır.