Heydər Əliyev Mərkəzində Luiz de Souzanın sərgisi açılacaq VİDEO | Icma.az
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mayın 16-dan Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın əsərləri nümayiş olunacaq.
APA xəbər verir ki, “Əbədiyyətin ifadəsi” adlı sərgidə həm də Azərbaycanda ilk dəfə təqdim ediləcək əsərlər yer alacaq.
Ekspozisiyadakı sənət nümunələrinin leytmotivi sənətkarın zamanla münasibətindən qaynaqlanır.
Luiz de Souza hesab edir ki, rəsm çəkərkən zaman fərqli şəkildə keçir. Bu halda zaman riyazi hesabla deyil, xüsusi bir ölçü ilə davam edir.
Müəllif əmindir ki, müasir dövrdə istənilən işin tez bir zamanda tamamlanmasına olan təlaş qədim texnikaların tətbiqinə tələb olunan müddətlə uyğun gəlmir.
Halbuki, məhz həmin üsullar, yəni daha uzun zaman tələb edən metodlar əsərlərə orijinallıq və dəyər qazandırır.
Zaman mövzusu Luis de Souzanın ilk dəfə məhz Heydər Əliyev Mərkəzində təqdim olunacaq “Gerisayım” adlı tablosunun da əsas mövzusunu təşkil edir.
Tam oxu
Xəbəri oxu