Icma.az, Modern.az portalına istinadən məlumat verir. Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı
11 gün davam edəcək beynəlxalq səviyyəli tədbirdə iştirak etmək üçün 100-dən çox ölkənin nümayəndələri Azərbaycana gəlməyə davam edir.
Tədbirin ikinci gününün yekununda dünya liderləri Bakıda maraqlı vaxt keçirib, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olma imkan tapıblar.
Modern.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində COP29-un Liderlər Sammitinin açılış mərasimində iştirak edən nümayəndə heyətlərinin şərəfinə ziyafət təşkil olunub, eyni zamanda konsert proqramı təqdim edilib.
Həmçinin Mərkəzin binası COP29 loqosu ilə işıqlandırılıb. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.