Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın Nizami rayonunda, Bəhruz Nuriyev küçəsi, 20 ünvanında yerləşən Heydər Əliyev adına parkın ərazisindəki dövlətə məxsus parkinq binasının özəlləşdirildiyi və icarəyə verildiyi iddia olunur.
Bakupost.az -a daxil olan məlumata görə, hətta parkinqin təyinatı dəyişdirilib.
Qeyd olunur ki, “Lotos” ticarət mərkəzi ilə üzbəüz yerləşən parkinqdə hazırda təmir işləri aparılır.
Tikilinin daxildə arakəsmələr yerləşdirilir və binanın strukturuna müdaxilə edilir.
Bununla bağlı görüntülər də mövcuddur.Ərazidə yaşayan sakinlərdən biri saytımıza bildirib ki, dövlətə aid parkinqin təyinatının dəyişdirilməsi yolverilməzdir: "Mənim eşitdiyimə görə həmin parkinq dövlət hesabına tikilib.
Onun tikintisinə 30 milyon manata yaxın vəsait sərf olunub. İndi isə orda vitrinlər yerləşdirilir, arakəsmələr qoyulur, obyektin təyinatı də
Məsələyə aydınlıq gətirmək üçün Heydər Əliyev adına parkın direktoru İlham Məmmədovla əlaqə saxladıq.