Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb VİDEO

13.02.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qaydalara riayət edilməməsi, məsuliyyətsizlik və diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə, yollarda sıxlıqların yaranmasına səbəb olur.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

Bildirilib ki, maddi zərərlə nəticələnən növbəti belə bir qəza bu gün günorta saatlarında Heydər Əliyev prospekti, köməkçi yolda qeydə alınıb. Hadisə səbəbindən zolaqlardan biri tutulduğundan yolda mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью