Heydər Əliyev prospektində su xəttində baş vermiş qəza aradan qaldırılır FOTO

25.02.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.

“APA-Economics” xəbər verir ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

Məlumata görə, qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью