Heydər Əliyev prospektindəki qəzada yaralananların son durumu: Sürücü əməliyyat olacaq

11.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aprelin 10-da Heydər Əliyev prospektində baş verən qəza nəticəsində xəsarət alan BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimovanın son vəziyyətləri açıqlanıb.

Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, sərnişin müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.

Sürücü Anar Nəcəfovun vəziyyəti isə orta ağırdır. Müalicəsi xəstəxanada davam etdirilir, yaxın günlərdə əməliyyat olunması nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:

Heydər Əliyev prospektindəki qəzada yaralananların son durumu: Sürücü əməliyyat olacaq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью