Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Heydər Əliyev Sarayının yaxınlığında avtobusda yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı avtobusun mühərrik hissəsində başlayan yanğın qısa müddətdə alovlanmaya səbəb olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi və ərazidə təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər görülür.
Yanğının başvermə səbəbi və hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat dəqiqləşdirilir.
Murad İsmayıl