Heydər Əliyev təkcə lider deyil, həm də xalqımızın güvəni, dayağı idi

12.12.2024

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bu gün Azərbaycanın müstəqilliyinin qorunmasında və möhkəmlənməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, öz dərin zəkası, uzaqgörən siyasəti və xalqa olan sonsuz sevgisi ilə həm Azərbaycan xalqının yaddaşında, həm də dünya tarixində iz qoymuş bir şəxsiyyətdir.
Heydər Əliyev təkcə lider deyil, həm də xalqımızın güvəni, dayağı idi. Onun qurduğu müasir Azərbaycan bu gün də inkişaf edir və dünyada öz sözünü deyir. Onun irsi, tövsiyələri və dəyərləri bizə daim yol göstərir.
Heydər Əliyevin əziz xatirəsini hər zaman qəlbimizdə yaşadacağıq. Bu gün ona olan hörmətimizi və sevgimizi bir daha ifadə edirik.
Ruhun şad olsun, Ulu Öndərimiz!
Jalə Əhmədova
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью