Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı “Heydər Əliyev və gənclər siyasətinin aktual çağırışları” mövzusunda tədbir keçirib.
Modern.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Sədr bildirib ki,Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş gənclər siyasəti bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, dövlətin gənclərə göstərdiyi dəstəyin geniş spektrdə olduğunu – təhsil, elm, idman, mədəniyyət, ictimai-siyasi fəaliyyət və peşəkar inkişaf sahələrini əhatə etdiyini diqqətə çatdırıb.
Sədr Həbib Misirov çıxışında həmçinin vurğulayıb ki,Azərbaycan gəncliyinin vətənpərvər, savadlı, milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirilməsi dövlətin strateji prioritetidir. Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar, gənclərin sosial və siyasi həyatda aktiv iştirakı bu siyasətin real nəticələrini nümayiş etdirir.
Sədr qeyd edib ki, gənclərin potensialının düzgün yönəldilməsi,onların bilik və bacarıqlarının inkişaf etdirilməsi Azərbaycanın davamlı inkişafı üçün əhəmiyyətlidir.
Tədbirdə çıxış edən gənclər Fuad Ümid İsgəndərov,Arifə Ağayeva, Aliyə Hüseyinzadə,Nuranə Həsənova,dövlət tərəfindən yaradılan imkanlardan, həyata keçirilən proqramlardan və gənclərin sosial, elmi və mədəni inkişafına göstərilən diqqətdən danışıb, bu siyasətin ölkəmizin gələcək inkişafında və dövlət quruculuğunda oynadığı əhəmiyyəti qeyd ediblər.
Onlar Ulu Öndərin qoyduğu əsaslar əsasında formalaşan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətini dəstəklədiklərini, üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə hazır olduqlarını vurğulayıblar.
Tədbir çərçivəsində həmçinin Ulu Öndərin gənclərə yönəlmiş fərman və sərəncamları, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını təmin edən proqramlar barədə məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçıları yekdil olaraq vurğulayıblar ki,Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Azərbaycanın sabit inkişafının, güclü dövlət və sağlam cəmiyyət quruculuğunun mühüm təminatıdır və bu siyasət gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Sonda YAP Kəlbəcər rayon təşkilatı tərəfindən bir qrup fəal gəncə Fəxri fərmanlar təqdim edildi.